SON DƏQİQƏ: "Real"ın keçmiş futbolçusu artıq Azərbaycan klubunda


"Sabah" klubunun məşhur ispaniyalı futbolçu Xese Rodrigesi heyətinə qatmaq istəməsi ilə bağlı xəbər vermişdik. Artıq oyunçunun Azərbaycana gəlmək ehtimalı daha da artıb.
Turkustan.az xəbər verir ki, Xese Rodriges hazırkı komandası olan Türkiyənin "Ankaragücü" klubu ilə artıq müqaviləsini pozub.

Bu barədə Ankara təmsilçisinin sosial şəbəkəsində məlumat verilib.

Beləliklə Xesenin "Sabah"a keçməsi ilə bağlı hər hansı bir maneə qalmayıb. Qeyd edək ki, "Real"dan başqa, PSJ, "Las Palmas", "Stok Siti", "Betis" klublarında da oynayan futbolçu "Ankaragücü"də 12 oyunda meydana çıxaraq 1 qol vurub.

(bizim.media)


MANŞET XƏBƏRLƏRİ