Azərbaycanda tikinti materialları ucuzlaşıb - səbəb nədir?


Azərbaycanda ötən il tikinti materiallarının qiymətləri Rusiya-Ukrayna müharibəsi fonunda sürətlə artsa da, son 2 ayda sabitləşib.

Turkustan.azbunun səbəblərini öyrənməyə çalışıb.

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyir ki, müharibə başlayanda tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmaq üzrədir, yəni Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı gəlir.

"Bundan başqa, adətən qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Yəgin ki, biz mart ayından başlayaraq qiymətlərdə yenidən artım müşahidə edəcəyik. Çünki 2 aydan sonra yeni tikinti mövsümü başlayacaq və sahibkarlar buna hazırlaşırlar. Yəni, indi müşahidə olunan qiymət azalmaları müvəqqətidir", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bazarda zavod istehsalı olan armaturun 1 tonunun qiyməti 1 350 - 1 400 manatdan 1 200 manata düşüb, sex istehsalı olan armaturun 1 tonu isə həmişəki kimi 800-900 manata təklif olunur. Taxtanın 1 kubmetrini isə 330 manata almaq mümkündür. Halbuki qiymət ötən il 400-450 manata çatmışdı. Diktlərin də qiymətində azalma müşahidə olunur. 45-48 manat olan diktlər hazırda 22-24 manata satılır". /press.az/


MANŞET XƏBƏRLƏRİ