Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək


Media subyekti sayılmaq üçün Media Reyestrindən keçmək lazımdır.

Turkustan.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib.

Onun sözlərinə görə, reyestrdən keçməyən media subyektlərinə güzəşt tətbiq edilməyəcək:

"Bunun üçün altı ay müddət müəyyənləşib. Hələ vaxta var. Biz Agentlik olaraq vaxt bitdikdən sonra həmin media subyektlərinə fərdi olaraq hər hansı sanksiya tətbiq edə bilmərik. Belə hal yaşanarsa, "Media haqqında" qanunun tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldıra bilərik. Bundan başqa Media Reyestrində olmayan subyektlərə güzəştlər tətbiq olunmayacaq. Eyni zamanda media subyektinin fəaliyyəti məhkəmənin qərarından asılı olacaq", - deyə agentlik rəhbəri vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ