2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi davam edərkən cəbhə xəttindən diqqətçəkən bir xəbər gəldi. Ukraynada bir əsgərin ürəyinə çox yaxın bir bölgədə partlamamış VOG qumbarası aşkar edilərkən, bombanın partlamasına qarşı təcili əməliyyat uğurla nəticələnib. Əsgərin müalicəsinin davam etdiyi bildirilib.
Turkustan.azxəbər verir ki, fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə aramsız davam edərkən, ötən gün cəbhə xəttində çox danışılacaq bir hadisə baş verib.
Fövqəladə Əməliyyat Ukraynada bir əsgərin ürəyinin yaxınlığında partlamamış VOQ qumbarası aşkar edilib. Bomba hər an partlaya bildiyi üçün təcili əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli cərrahlarından biri olan Andriy Verba həyata keçirib.
CƏRRAHİ MÜDAXİYƏ UĞURLU OLDU
Ukrayna Müdafiə Nazirinin müavini Hanna Maliar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə altına alındığını bildirib.
Eltac Zülfüqaroğlu/Turkustan.az