Quş qripi epidemiyası böyüyür- 10 milyon toyuq məhv edildi


Yaponiyada quş qripi səbəbindən məhv edilən toyuqların ümumi sayı 10 milyona yaxınlaşır.

Turkustan.azxəbər verir ki, bu, Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyinin (MAFF) məlumatında yer alıb.

Bu rəqəmin quş qripi səbəbindən bir mövsümdə məhv edilən ən çox heyvan sayı olduğuna diqqət çəkilib.

Tokionun şimalında yerləşən İbaraki əyalətinin bir bölgəsində yalnız bir fermada 930 min yumurta verən toyuğun kəsiləcəyi qeyd edilib.

Bu həftənin əvvəlindən etibarən Yaponiyada 47 əyalətdən 23-də quş qripinə yoluxma halları aşkarlanıb.

MAFF-in statistikasına görə, 2020-ci ilin noyabrından 2021-ci ilin martına qədər ölkədə quş qripi səbəbindən 9,87 milyon toyuq məhv edilib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ