Satışda olan çörəklərə insan və donuz tükü qatılır - Dəhşətli açıqlama


Çörək istehsalçıları ağ una müxtəlif qatqılar qataraq onun rəngini tündləşdirib, qara çörək hazırlayır. Bu çörəklər qara undan deyil.

Turkustan.az xəbər verir ki, bu barədə Sağlam Qida Təbliğatçısı Asim Vəliyev "Elin gözü"ndə açıqlama verib.

"İstər unun rəngini dəyişmək, istər çörəyin piştaxtada tez boyatlaşmasının qarşısını almaq üçün sistein qatqı maddəsindən istifadə olunur. Ekspertlər bilir ki, bu, tükdən əldə edilir.

Çində istehsal olunubsa, bu maddə insan tükündən alınır. Avropadadırsa, qaz və donuz tükündən əldə olunur.

Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə olunur".

A.Vəliyev qeyd edib ki, bu kimi hallar market və ağ çörəklə qidalananlarda ağır pozulma və xəstəliklərə səbəb ola bilər.


MANŞET XƏBƏRLƏRİ