Minimum kapital ARTIRILIR: Pensiyaya çıxmaq üçün artıq bu məbləğ TƏLƏB OLUNACAQ


Azərbaycan Prezidentinin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq yaxın günlərdə ölkə üzrə minimum əmək pensiyasının məbləğinin artırılması minimum pensiya kapitalına dair tələbin də artırılmasına səbəb olacaq.

Hazırda minimum əmək pensiyası 240 manat olduğundan pensiyaya çıxmaq üçün tələb edilən minimum kapital 34 560 manatdır. Qaydalara əsasən, minimum kapital məbləği minimum pensiya məbləğini 144-ə vurulmaqla müəyyənləşir.

Prezidentin yeni Sərəncamı ilə minimum pensiyanın 280 manata çatdırılması nəzərdə tutulur ki, bununla da kapital tələbi 40 320 manata çatacaq.

Qeyd edək ki, pensiyaya çıxmaq üçün şəxs ya 25 il staja sahib olmalı, ya da minimum kapitalı toplamalıdır. Yetəri qədər stajı olub, amma tələb olunan minimum kapitalı toplaya bilməyən şəxslərə minimum pensiya verilir. Minimum kapitalı toplaya bilənlər isə daha yüksək pensiya almaq imkanı qazanır. (sfera.az)


MANŞET XƏBƏRLƏRİ