Kadi "Qarabağ"dan ayrıldı


Kadi Borges "Qarabağ"dan ayrılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın "Krasnodar" klubu ilə aparılan danışıqlar yekunlaşıb.

Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra "Krasnodar"la rəsmi müqavilə imzalayacaq.

"Keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək", - açıqlamada deyilir.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.


MANŞET XƏBƏRLƏRİ