Ronaldo BİABIR OLDU: "Karyeramı Cənubi Afrikada davam etdirməyim..."


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçən Kriştiano Ronaldo təqdimat mərasimində çıxış edərkən biabır olub.

Turkustan.az xəbər verir ki, Ronaldo çıxış edərkən çaşıb. Məlum olub ki, portuqal futbolçu hansı ölkəyə gəldiyini bilmir:

"Karyeramı Cənubi Afrikada davam etdirməyim mənim üçün qorxulu deyil. Bu mövzuda insanların rəyi məni maraqlandırmır".

Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Portuqaliyalının ərəblərlə müqaviləsində "Nyukasl" Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, bu kluba gedə biləcəyi ilə bağlı bəndin olduğu da bildirilir.
(publika.az)


MANŞET XƏBƏRLƏRİ