Qobustanda DƏHŞƏTLİ QƏZA: Bir neçə avtomobil yandı, ölən var - VİDEO


Qobustanda "KamAZ" markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.
Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.
Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.
Ərazidə təhlükəsizlik tədbirləri görülür.


MANŞET XƏBƏRLƏRİ