Koronadan ölənlərin beyniləri yarıldı: Həkimlər belə qarşılaşdıqları mənzərə qarşısında MƏƏTTƏL QALDI


Koronavirusdan dünyasını dəyişən insanların beyinləri yarılma yolu ilə açılıb. Həkimlər hətta xəstələrin beynində də virus aşkar etdikləri zaman şoka düşüblər.

Koronavirus epidemiyası bütün dünyada milyonlarla insanın ölümünə səbəb olub. Bir tərəfdən epidemiyanın təsirləri davam edir, digər tərəfdən də epidemiya ilə bağlı araşdırmalar davam edir. ABŞ-da aparılan araşdırma xəstəliyin qorxulu ölçülərini bir daha ortaya qoyub.

Turkustan.azxəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatçıları, bəzilərinin əlavə xəstəlikləri olan və Kovid-19 səbəbiylə ölən orta yaşı 62,5 olan 44 nəfərin yarılma nəticələrini araşdırıb.

2020-ci ilin aprelindən 2021-ci ilin martına qədər hamısı Kovid-19-a qarşı peyvənd olunmamış bu şəxslərin cəsədləri üzərində yarılmalar aparılıb. Meyitlərdən götürülmüş qan nümunələrini araşdıran tədqiqatçılar 38 cəsədin qan plazmasında Kovid-19-a səbəb olan SARS-CoV-2 virusunu aşkar ediblər. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, 3 cəsədin qan plazmasında SARS-CoV-2 aşkar edilməyib, qalan 3 cəsədin isə qan plazması yoxdur.

BEYİNDƏ VİRUS AŞKARILDI

Digər tərəfdən, tədqiqatçılar cəsədlərin müxtəlif hissələrində və ya mayelərində RNT aşkar ediblər. Araşdırmada cəsədlərdən 11-nin sinir sistemi toxumalarından geniş nümunələr götürülüb.

SARS-CoV-2 RNT bədənlərdən birində hipotalamus və beyincikdə, hər ikisində isə onurğa beyni və bazal qanqliyada aşkar edilib. Digər tərəfdən, tapılan SARS-CoV-2 RNT-lərinin beyinə verdiyi zərərin "daha az" olduğu qənaətinə gəlinib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ