Parlamentdə TikTok-la bağlı təklif - Qadağan olunsun


Bir çox ölkələrdə TikTok sosial şəbəkəsi haqqında müsbət fikirlər səsləndirmək mümkündür. Amma təəssüflər olsun ki, TikTokun Azərbaycan seqmenti ilə bağlı belə fikirlər demək olmur".

Turkustan.az xəbər verir ki, bu fikirləri parlamentin iclasında deputat Elşad Mirbəşir səsləndirib.

Deputat təklif edib ki, qanunvericilik formasında azyaşlıların TikToka çıxışı qadağan edilsin, praktiki addımlar atılsın: "Son dövlər TikTok-da kontent formalaşmaqdadır və bu, bizim milli-mədəni ənənələrimizlə ziddiyyət təşkil edir. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Hazırda TikTok istifadəçiləri arasında 16-24 yaş arası yeniyetmələr çoxluq təşkil edir. Azərbaycana gəldikdə isə daha çox azyaşlılar istifadə edir. Bu məsələ mütləq şəkildə nəzarətə götürülməlidir".

Elşad Mirbəşir qeyd edib ki, bir sıra ölkələr hətta TikTokun fəaliyyətini məhdudlaşdırıb: "Nümunə kimi qeyd edim ki, Çin, Hindistan və ABŞ-da məhkəmə qərarları ilə TikTok-un fəaliyyəti məhdudlaşdırılıb". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ