Özbəkistanla dostluğumuzu təbliğ edən azərbaycanlı jurnalistlər mükafatlandırılıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2022-ci il üzrə elan olunan Özbəkistanda Azərbaycana dair keçirilən müsabiqəyə yekun vurub.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzində 26 dekabr tarixində keçirilən mərasim Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramına həsr olunub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin əməkdaşları, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər İttifaqının rəhbərliyi, ictimaiyyət nümayəndələri, Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbir çərçivəsində Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev çıxış edərək Azərbaycanda Özbəkistan mövzusunu, dostluğumuzu, əməkdaşlığımızı geniş təbliğ edən bir sıra azərbaycanlı jurnalistlərin Özbəkistan dövləti tərəfindən xüsusi mükafata layiq görüldüyünü bildirib.
Akbar Maqdiyev sözügedən jurnalistlərin Azərbaycan elektron KİV-də monitorinq aparılaraq müəyyən edildiyini qeyd edib.

Beləliklə Azərbaycan mediasından mükafatlar Azərbaycanın "Türküstan qazeti"nin baş redaktoru Aqil Camal, Azərbaycanın "Mədəniyyət" qazetinin redaktoru Lalə Azəri, "Yeni Müsavat" media qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu, azərbaycanlı yazıçı-türkoloq - jurnalist Yunus Oğuz, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, "Türkel" qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar-publisist Əkbər Qoşalı, Azərbaycan Respublikasının əməkdar jurnalisti, və "Ədəbiyyat və incəsənət" portalının ədəbiyyat şöbəsinin müdiri İntiqam Yaşar layiq görülüb.

Tədbirdə Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev xüsusi mükafatları azərbaycanlı jurnalistlərə göndərmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Jurnalistlər İttifaqına mükafatlandırma üçün öz təşəkkürünü bildirib və qeyd edib ki, bu münasibət Azərbaycan jurnalistlərində stimul yaradacaq, mətbuatımızda qardaş Özbəkistanla, dostluq və əməkdaşlığımıza dair çox sayda materialların yayılmasına səbəb olacaq.


MANŞET XƏBƏRLƏRİ