Yeni ilə günlər qalmış mütəxəssislərdən narahatedici hesabat: 2023-cü il fəlakət ili ola bilər


Baş ofisi İsveçdə yerləşən və qlobal fəlakət ssenariləri üzrə ixtisaslaşmış Qlobal Çağırışlar Fondu bəşəriyyətin 2023-cü ildə qarşılaşa biləcəyi fəlakət ssenarilərini sadalayıb.

Baş ofisi İsveçrənin paytaxtı Stokholmda yerləşən "Global Challenges Foundation" beyin mərkəzi 2023-cü ildə bəşəriyyətin üzləşə biləcəyi təhlükə, siyasi böhran, müharibə və qlobal problemlərə həsr olunmuş yeni hesabatını ictimaiyyətlə bölüşüb.

Turkustan.azxəbər verir ki, 2023-cü ildə bəşəriyyətin və yer üzündə həyatın bir çox təhlükələrlə qarşılaşma riskinin yüksək olduğu bildirilsə də, mütəxəssislər bunları əsaslandırmaları ilə sadalayıblar. İctimaiyyəti məlumatlandırmaq və mümkün fəlakət ssenarilərinə hazırlaşmaq səyləri ilə tanınan qrupun 2023-cü il üçün fəlakət ssenariləri aşağıdakı kimi sıralanıb.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi səbəbilə dünyanın qlobal nüvə müharibəsi riski ilə üzləşdiyi və bunu heç kimin qabaqcadan görə bilmədiyi bildirilərkən, Pakistanda baş verən sel fəlakəti, Çin və Avropada baş verən həddindən artıq istilərin 2023-cü ildə baş verməsi gözlənilən fəlakətin izləri olduğu deyilib.

NÜVƏ MÜHARİBƏSİ RİSKİ 1945-Cİ iLDƏN BƏRİ İLK DƏFƏ YÜKSƏKDİ

Qlobal Çağırışlar Fondunun hesabatında ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atom bombası ilə hücumundan sonra dünyada nüvə müharibəsi və nüvə silahından istifadə riskinin ən yüksək səviyyədə olduğu bildirilib. ABŞ-ın atom bombası ilə hücumunun dünya tarixində görünməmiş bir hadisə olduğu bildirilərkən, hesabatı yazan Çikaqo Universitetindən Kennet Benedikt mümkün ssenariləri sadalayıb.

Hesabata töhfə verən Benedikt deyib: "Nüvə silahlarından istifadə çoxlu insanın ölümünə, günəş şüalarının qarşısını almaq üçün toz buludunun əmələ gəlməsinə, qida artımının yavaşlamasına və xaosda nüvə müharibəsindən sağ çıxanların ölümünə səbəb ola bilər".

Rusiya ilə Ukrayna arasındakı müharibə ilə nüvə silahından istifadə riskinin Kuba böhranından bəri ən yüksək səviyyədə olduğu ifadə edilərkən, Benedikt Şimali Koreyanın nüvə silahı sınaqlarına diqqət yetirəcəyinə diqqət çəkib və Hindistan ilə Pakistan arasındakı gərginliyin də yüksək olduğunu bildirib.

QLOBAL İSTİLƏNMƏ İLƏ EKOLOJİ FƏLAKƏLƏR ARTACAQ

Hesabatda qlobal istiləşmə və iqlim böhranı ilə ekoloji fəlakətlərin arta biləcəyi proqnozlaşdırılır.

"Qlobal iqlim dəyişikliyi qidaya ciddi təsir göstərə bilər. Ərzaq istehsalı yavaşlayır, aclıq artır və nəticədə siyasi qeyri-müəyyənlik və qarşıdurma yaranır. Lakin ekspertlər qlobal iqlim böhranının bir ildə kəskin şəkildə dəyişməyəcəyini iddia etsə də, bunun uzunmüddətli proses olacağına diqqət çəkiblər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ