Ərdoğan Makrona finalda məğlubiyyət zamanı dediklərini söylədi: Alqışlarla qarşılandı - VİDEO


Prezident Ərdoğan Ərzurumda "İlk səsim AK Partiyaya, ilk səsim Ərdoğana" verilişində gənclərin suallarını cavablandırıb. Bir gənc Ərdoğandan Argentina məğlubiyyətindən sonra matçı tribunadan izləyən Fransa prezidenti Makrona necə təsəlli verdiyini soruşub. Prezident Ərdoğan isə "Makron üçün narahat olmayın, Argentina yaxşı oynadı və qalib gəldi" dedi. Bu sözlərdən sonra zalda alqış sədaları qopub.

Turkustan.azxəbər verir ki, Qətərdə keçirilən 2022 Dünya Kubokunun final matçında Argentina və Fransa üz-üzə gəlib və prezident Ərdoğan və Fransa prezidenti Emmanuel Makron bu matçı tribunada birlikdə izləyib. İki liderin görüntüləri sosial mediada gündəm olub. Ərzurumda gənclərlə görüşən o, Fransanın məğlubiyyətindən sonra Makrona necə təsəlli verdiyini danışıb.

Proqramda prezident Ərdoğanın Makronla matçı izlədiyini xatırladan bir gənc "Makrona necə təsəlli verdiniz?" sualını verib. Ərdoğan isə "Argentina yaxşı oynadı və qalib gəldi, Makron, üzülmə" dedi.

"ARGENTİNA HƏQİQƏTƏN MÖHTƏŞƏM OYNADI"

Bu sözlərdən sonra salonda alqışlar səslənərkən Ərdoğan sözlərini belə davam etdirib: "Amma təbii ki, Argentina penaltilərdə də həqiqətən əla idi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ