Dünya Çempionatının finalı təkrar keçiriləcək? - Fransızlar hərəkətə keçdi


Qətərdə oynanılan tarixi dünya çempionatının finalında Argentina penaltilər seriyasında Fransanı məğlub edərək çempion oldu. Mübarizənin əlavə vaxtında Messi topu tora çatdırdığı halda, fransızlar qolda qayda səhvi olduğu iddiası ilə vəziyyəti gündəmə gətirib.

Fransızlar Argentinanın Messi ilə 3-cü qolundan əvvəl ehtiyat oyunçular skamyasında oturan argentinalı futbolçuların meydana daxil olduğunu bildirərək, qayda səhvinin olduğu vurğulayıb. Qol vurulan anda Argentina ehtiyat oyunçular skamyasından həyəcandan yerində dayana bilməyən iki futbolçunun meydana daxil olduğu görünüb.

Turkustan.azxarici mətbuata istinadən xəbər verir ki, fransızlar Argentinanın vurduğu qol üçün qaydaları misal gətirərək qolun ləğv edilməsinin lazım olduğunu bildiriblər.

Bu məsələdən əl çəkməyən fransızlar tarixi finalı təkrarlamaq üçün 200 min imza toplayıblar. Qayda səhvi iddiasını FİFA-ya çatdırmağa hazırlaşan Fransanın bu səyinin nə ilə nəticələnəcəyi maraq doğurur. /azxeber.com/


MANŞET XƏBƏRLƏRİ