İnsanlar həkim olmadan öncə necə müalicə olunurdular? – MARAQLI ARAŞDIRMA


İndiki şəraitdə ən kiçik narahatlıq və ya xəstəlik zamanı mütəxəssisə müraciət edib müalicə üsullarına müraciət edirik. Bu gün tibbdəki inkişaflar kişilər və qadınlar tərəfindən əsrlər boyu edilən kəşflərin nəticəsidir. Bəs tarixdən əvvəlki dövrlərdə insanlar özləri ilə necə davranırdılar?

Kəllə Sümüyünü DEŞMƏKLƏ MÜALİCƏ EDİLİRDİ

Arxeoloqların erkən dövrlərdə apardıqları araşdırmalara görə, tarixdən əvvəlki kəllələri araşdırarkən dəlik görünür.

Tarixçilərin fikrincə, kəllədəki bu dəliyin o dövrdə pis ruhları buraxmaq üçün xəstə insanların başlarına açılan dəlik olduğu güman edilir. Bu texnika Trefininq adlanırıb.

Qədim dövrlərdə bir çox mədəniyyətdə xəstəliklərin pis ruhlar tərəfindən törədildiyi düşünülürdü və sehrli və ya bitki mənşəli vasitələrlə müalicə olunurdu.

Müalicə edən insanlar kahinlər və ya cadugərlər kimi tanınırdılar və onların fövqəltəbii gücləri ilə xəstələri sağaltdıqlarına inanılırdı.

MİSİRLİLƏR XƏSTƏLİKLƏR HAQQINDA MUMYALAMA ÜSULU İLƏ ÖYRƏNDİ

Qədim Misir tanrılarının insanları sağaltdığına inanan inanclar var idi. Xəstəliklər bitki mənşəli dərmanlar və metal alətlərlə müalicə olunurdu.

Tarixçilər hesab edirlər ki, misirlilər insan orqanizmi və onun xəstəlikləri haqqında mumiyalama mərasimləri zamanı öyrəniblər.

İnsanlar öldükdən sonra tətbiq edilən mumiyalama texnikasında bədən orqanları çıxarılaraq gil qablarda saxlanılırdı.

HİOPOKRAT FƏRQLİ BİR PEKSPEKTİV İSTİFADƏ EDİLİB

Qədim yunanlar isə buna tibb elmi kimi baxırdılar. Öz yerini təbabətə verən Hippokrat hesab edirdi ki, xəstəliklər insanlara fövqəltəbii hadisələrlə deyil, təbii səbəblərlə ötürülür.

Romalılar bir çox yunan fəlsəfəsini qəbul etsələr də, ictimai sağlamlıqla bağlı öz yolları ilə getdilər.

ROMALILAR KANALİZASYON VƏ HAMAM KƏŞF EDİRLƏR

Onlar şəhər və qəsəbələrdən insan tullantılarını çıxarmaq üçün kanalizasiya yolları hazırlamış, xəstəliklərdən xilas olmaq üçün hamam sistemi qurmuşdular.

Qədim Romada hamamlar, idman yerləri və xəstəxanalar tikilmişdir.

Avropada qaranlıq əsrlərdə mövhumat müalicəsi geri qayıtdı. İnsanlar öz xəstəliklərini Allahın cəzası kimi görürdülər.

Yunanlar və Romalılar öyrəndiklərini Şimali Afrikaya, Yaxın Şərqə və İslam bölgələrinə köçürdülər.

Orta əsrlərdə Avropa taun adlı bir epidemiya ilə parçalandı. Həkimlər taunu necə müalicə edəcəklərini bilmirdilər.

İntibah dövrü ilə birlikdə insan anatomiyası yeni araşdırmalarla əvvəlki nəzəriyyələrlə ziddiyyət təşkil edir və perspektiv dəyişməyə başlayır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ