Dünya çempionatında məğlub olan fransalı futbolcunun Makrona hərəkəti əks-səda yaratdı – VİDEO


2022-ci il dünya çempionatının finalında Argentinaya uduzan Fransada futbolçular matçın sonunda böyük kədər yaşadılar. Het-trik etsə də ölkəsinə qələbə qazandıra bilməyən Kilian Mbappenin matçın sonunda Fransa prezidenti Emmanuel Makrona münasibəti dünya ictimai rəyində böyük əks-səda yaratdı. Makronun üzünə belə baxmayan, ona təsəlli vermək istəyən Mbappenin mühitdən qaçması diqqət çəkib.

Qətərdə keçirilən 2022 Dünya Çempionatının finalı nəfəs kəsici idi. Əsas vaxtın 2-2, əlavə vaxtın isə 3-3 bitdiyi mübarizədə Argentina penaltilər seriyasının sonunda kuboka yüksələn tərəf olub. Məğlubiyyətdən sonra böyük kədər yaşayan fransız futbolçu Kilian Mbappenin Fransa prezidenti Emmanuel Makrona qarşı etdiyi hərəkət böyük təsir bağışlayıb.

MBAPPE MAKRONA ÜZÜNƏ BAXMADI

Qarşılaşmanı tribunada izləyən Fransa prezidenti Emmanuel Makron ölkəsinin finalda uduzmasından sonra futbolçulara təsəlli vermək üçün meydana daxil olub. Qarşılaşmaya 3 qolla damğasını vuran Mbappenin yanına gedən Makron ulduz futbolçuya nəsə deyib. Lakin Mbappe Makronun üzünə belə baxmayıb.

Diqqətsiz davranan Fransa Millisinin ulduzu Mbappe az qala Makrondan qaçacaqdı. Həmin anlar dünya ictimai rəyində böyük əks-səda doğursa da, Mbappenin münasibəti və bədən dili Makronun meydanda olmasından narazılığı kimi şərh edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ