Otaqda birdən qışqırıqlar qalxdı: Nəhəng ilan adamın üzünü qapdı - VİDEO


Evində piton saxlayan kişi ilanı qəfəsini açdıqdan sonra üzünə hücum edib. Bu vaxt əlində körpəsi ilə ətrafda gəzən qadının qışqırıqları otağı bürüyüb.

Sosial şəbəkələrdə paylaşılan görüntülər heç də qorxu filmlərinə oxşamayıb. Evində qəfəsdə piton ilan saxlayan şəxs ilan qəfəsini açan kimi hücuma məruz qalıb. Nəhəng ilan qəfəsi açılan kimi sahibinə tərəf atılaraq onun üzünə hücum edib. Bu zaman kişinin yanında qucağında körpəsi olan qadın şoka düşüb və qışqıraraq kömək istəyib.

NƏ ETDİLƏRSƏ OLMADI

Səslərdən sonra hadisə yerinə gələn 3 nəfər kişinin üzünü dişləyən nəhəng pitonu kişidən ayırmağa çalışıb. Pitonun bədənini bıçaq, taxta və ya çubuqla vuraraq ayırmağa çalışan insanlar uğursuzluğa düçar olublar.

TƏCİLİ MÜALİCƏYƏ ALININDI

Daha sonra uzun səylər nəticəsində nəhəng piton zorla sahibindən ayrılıb. Öyrənilən məlumata görə, ilan sancmış şəxsə tibbi yardım göstərilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ