Hava ilə bağlı XƏBƏRDARLIQ: sabahdan...


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

    Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

    Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaq.


    MANŞET XƏBƏRLƏRİ