İngiltərədə xəstəxananın meyitxanasında işləyən 67 yaşlı Devid Fullerin 100-dən çox cəsədi cinsi istismara məruz qoyduğu ortaya çıxıb. İki nəfəri öldürdüyü müəyyən edilən Fullerin 24 yaşlı Kipr türkü Azra Kamalın da cansız bədəninə təcavüz etdiyi öyrənilib. Ürək bulandıran hadisə dünya gündəmində olsa da, Fullerin qurbanlarını təhqir etdiyi anları lentə aldığı müəyyən edilib.
İngiltərədə baş verən hadisə dünyanın gündəminə düşüb. David Fuller adlı 67 yaşlı kişi 1987-ci ildə 20-25 yaş arası iki qadını zorlayıb və öldürüb.
101 cəsəddə sui-istifadə edilib
Bir xəstəxananın meyitxanasında işə başlayan Fullerin 2020-ci ilə qədər 101 cəsədi istismar etdiyi müəyyən edilib. Fullerin qurbanları arasında 24 yaşlı Kipr türkü Azra Kamal da var. Məlum olub ki, yol qəzasında həyatını itirən Azranın cansız bədəninə də təcavüz edilib.
Fullerin qurbanlarını təhqir etdiyi anları qeyd etdiyi müəyyən edilərkən, evində tapılan xatirələrdə təxminən 900.000 fayl ələ keçirildi. Fullerin internet axtarış tarixçəsinə “zorlama”, “işgəncə” və “ölüm” kimi sözlər daxil olub.
Eltac Zülfüqaroğıu/Turkustan.az