Bu il dekabrın 3-də Daşkənd şəhərində Özbəkistan Tibb Akademiyasının Otorinolarinqologiya və Stomatologiya kafedrasının və Azərbaycan Rino Baku Mərkəzinin birgə təşkilatçılığı ilə “İlkin və Revizyon Rinoplastika canlı cərrahi kursu” keçirilib.
Turkustan.az xəbər verir ki, Daşkənd Çinar Medical Centrdə reallaşan konfransda açılış edən professor Ulukbek Xasanov bildirib ki, bu toplantı Azərbaycan və Özbəkistan arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir. İki ölkənin tibb nümayəndələri öz bilik və təcrübələrini paylaşaraq bir birilərinə dəstək olurlar
Konfransada əsas məruzəçi kimi çıxış edən azərbaycanlı cərrah Tibb üzrə fəlsəfə doktoru Pərviz Aslanov 5 saat ərzində rinoplastika ilə bağlı bütün təcrübələrini və rinoplastikanın fəlsəfəsini (A dan Z yə qədər) Özbəkistanlı həmkarları ilə paylaşıb.
Müzakirələrdən və fasilədən sonra doktor Pərviz Aslanov tərəfindən Revizyon Rinoplastika əməliyyatı icra olunub. Pərviz Aslanov daha öncə digər mərkəzdə uğursuz əməliyyat keçirmiş pasiyentin qabırğasından qığırdaq götürərək buruna yenidən düzgün forma vermiş ,nəfəsalmanı bərpa etmişdir. 4 saat davam edən əməliyyatı canlı yayın vasitəsilə toplantı salonunda 60 yaxın kurs iştirakçısı izləmişdir.
Həm məruzələr həm də əməliyyat master-klass iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılanmışdır.
Sonda bütün iştirakçılara sertifikat verilmişdir.
Mövlud Ahıskalı/Turkustan.az