Tavandan bərbər salonun ortasına düşdü: HƏR KƏS TƏƏCCÜBLƏNDİ - VİDEO


Çinin Henan əyalətində bərbər salonunda işləyən şəxs problemi anlamaq üçün bayıra çıxan havalandırma boşluğunda tavanın uçması nəticəsində salonun ortasına yıxılıb.

Sinyan şəhərində bərbər salonunun ventilyasiyasında nasazlıq yaranıb. Havalandırma boşluğuna girən Liu Soy adlı işçi tavanı uçaraq bərbər salonunun ortasına düşüb.

O ANLAR TƏHLÜKƏSİZLİK KAMERASINDA ƏKS OLUNUB

Qəzadan xəsarət almadan sağ çıxan işçinin təhlükəsizlik kamerasına əks olunan görüntüləri sosial media hesabında paylaşıldıqdan sonra qısa müddətdə viral olub.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ