Bu gün həbs olunan şəxslərdən biri tanınmış xanımın həyat yoldaşı imiş... - FOTOLAR


"İnstagram" sosial şəbəkəsində tanış olduğu şəxs barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyi üçün saxlanılan Rasim Həsənovla maraqlı fakt məlum olub.

Əldə etdiyimiz məlumata görə, polis tərəfindən tutulan R. Həsənov prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.

T.Səmədova ərinin həbsinə belə reaksiya verib:

"Bu əl sənin kürəyindən heç vaxt çəkilməyəcək, ta ki, bunu sən istəməyincə, nə qədər canımda can varsa bizim haqqımız üçüň mübarizə aparacam və hər zaman başımın tacısan. Əminəm ki, Allah səni mənə, məni sənə yetiribsə burda bir kəramət var. Bizim sevdiyimiz ALLAH varsa, rəhmi də var və o rəhmli Allah haqqsızlığa göz yummayacaq və mən də bunun uğrunda əlimdən nə gəlirsə hər şeyi edəcəm."

No description available.

xxx

Bakıda şantaj və soyğunçuluq cinayətləri baş verib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub. Onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də analoji cinayətlər etdiyi məlum olub.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində isə "İnstagram" sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib.

Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Rasim Həsənov və Mehdi Abaszadə

Turkustan.az


MANŞET XƏBƏRLƏRİ