8 aylıq hamilə qadını öldürüb körpəsini oğurladılar – İNANILMAZ OLAY


Meksikada qan donduran hadisə baş verib. Noyabrın 26-dan xəbər alınamayan 8 aylıq hamilə qadının cansız meyiti tapılıb. İstintaq qrupları hamilə qadının körpəsinin oğurlandığını açıqlayıb.

Noyabrın 26-da Meksikanın Nuevo Leon əyalətinin Eskobedo şəhərində mobil telefon tətbiqi ilə çağırılan taksiyə mindikdən sonra itən 19 yaşlı 8 aylıq hamilə qadının cansız cəsədi günlər sonra tapılıb..

Nuevo Leon Əyalət Baş Prokurorluğundan verilən açıqlamada, 8 aylıq hamilə olan Martha adlı gənc qadının cəsədinin öldürülən başqa bir qadının cəsədi ilə birlikdə anbarda tapıldığı bildirilib.

Martanın körpəsinin oğurlandığını və boğulduğunu açıqlayan Baş Prokurorluq, öldürülən digər qadının Marta ilə taksidə gedən 34 yaşlı dostu Klaudiya olduğunu bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ