Rusiya-Ukrayna müharibəsinin bitmə tarixi ANONS EDİLİR – Qələbə kimin tərəfində olacaq?


"Rusiya Ukraynada başladığı xüsusi əməliyyatda 2023-cü ilin yayına qədər qalib gələcək".

Bu proqnozu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter verib.

"Bu, qələbə sürətli olmayacaq, amma düşünürəm ki, gələn yayın sonuna qədər Rusiya ordusu qalib gələcək".

Rusiyalı ordu generalı Vladimir Boldırev də müharibənin başa çatma müddətilə bağlı açıqlama verib. Onun sözlərinə görə, xüsusi əməliyyat qarşıdakı altı aya başa çatacaq.

Qeyd eək ki, fevralın 24-də başlanan hərbi əməliyyatlarda Rusiya ilk dövrdə bir qədər üstünlük əldə etsə də, Qərbdən dəstək aldıqdan sonra hərbi üstünlük Ukraynanın əlinə keçib. Ukrayna bir sıra ərazilərin azad edilməsinə nail olub. Ancaq hələ də Rusiya müharibə başlanandan bəri tutduğu ərazilərin müəyyən hissəsini nəzarətində saxlamaqda davam edir.

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev isə qeyd edir ki, amerikalı sabiq kəşfiyyatçının dedikləri sağlam məntiqlə tərs-mütənasibdir:

"Son on ayda Ukraynada davam edən hərbi əməliyyatı Rusiya cəmi 4 günə başa çatdırmağı planlaşdırmışdı. Rusiya son döyüşlər fonunda Xerson vilayətini də tərk edərək, Dnepr çayının şərq sahilinə doğru geri çəkilib. Bundan əvvəl də, Rusiya ordusu Kiyev, Sumı və Çerniqov vilayətlərinin işğal etdiyi ərazilərindən çıxmağa məcbur olub. Rusiya səfərbərlik elan etsə də, onunla belə yenə dəgeri çəkilməkdə davam edir.

Rusiya sanksiyalarla öz potensialının da mühüm hissəsini itirib. Ukrayna isə məhdud partiyalarla da olsa, Qərb tərəfdən kifayət qədər dəqiq silah sistemlərilə təchiz olunmaqda davam edir. Belə olan halda ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritterin həmin bəyanatı sağlam məntiqə sığmır.

Əməliyyatlarda Rusiyanın qalib gələcəyi ümumiyyətlə gözlənilmir. Əksinə, Ukraynaya söz verilən silahlar verilərsə, Rusiya bir qədər də geri otuzdurula bilər. Bəzi ərazilərdə isə rus ordusu 2014-cü ildə mövcud olan təmas xəttinə qədər geri çəkilə bilər. Ukrayna ordusunun zəiflədiyini görmürəm. Təşəbbüs, habelə mənəvi-psixoloji, taktiki üstünlük Kiyevin əlindədir. Əksinə, zəifləyən tərəf isə Rusiyadır. Ona görə də Rusiyanın Ukraynada rahatlıqla qələbə çalacağını düşünmürəm".

Amma istənilən müharibələrin idarə olunduğunu və bütün münaqişlərin masa arxasında həll edildiyini nəzərə alsaq, burada qəribə heç nə yoxdur.

Çünki Qərb öz maraqlarından çıxış edir, onun hansı ölkənin və ya xalqın çəkdiyi əziyyət, verdiyi qurbanlar maraqlandırmır. 6 ay gözləyək və təki müharibələr olmasın!


MANŞET XƏBƏRLƏRİ