Marsda yadplanetlilərin "evinin qapısı" görüntüləndi - FOTOLAR


Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Marsda bir zamanlar həyatın olub-olmadığını izləməyə davam edir.

Qurumun paylaşdığı görüntüləri araşdıranlar çox maraqlı iddialar irəli sürürlər. Sui-qəsd nəzəriyyəçiləri uzun müddətdir ki, Marsda ağıllı canlıların yaşayıb sivilizasiyalar qurduğunu iddia edirlər. Nəzəriyyəçilərə görə, NASA bu vəziyyəti gizlədir və Marsda heç nə olmadığını deyir.

Turkustan.az xəbər verir ki, bu mövzu illərdir müzakirə olunsa da, "Daily Star"da yer alan məlumata xəbərə görə, NASA-nın paylaşdığı bir fotoşəkildə dağda gözləri, burnu, ağzı varmış kimi görünən qaya şəkli diqqət çəkib. Youtube-da bir istifadəçi bu qayanın yadplanetlilərin heykəlinə bənzədiyini iddia edərək məsələyə diqqət çəkib.

Kosmosla bağlı sui-qəsd nəzəriyyələri ilə diqqət çəkməyi bacaran Scott C. Waring bu görüntünün heç də insanabənzər olmadığını, daha çox sürünənlərə bənzədiyini iddia edərək, onun suda yaşayan bir canlıdan ilhamlandığı iddiasını irəli sürdü. O, bunu NASA-nın bir vaxtlar Marsın səthində suyun olması ilə bağlı nəzəriyyəsinə əsaslanıb. Lakin alimlər bu görüntülərin daha çox eroziya nəticəsində yarandığını bildirirlər.

NASA-nın "Curiosity" kosmik gəmisində "Mast Camera" tərəfindən çəkilmiş başqa bir görüntü də görənləri şoka salıb. Görüntüdə qayaya qazılmış qapıya bənzəyən quruluş əksini tapıb. Suallara səbəb olan görüntü ilə bağlı çoxsaylı iddialar səsləndirilib. Bir çoxları bunu yadplanetlilərin "evinin qapısı" adlandırıblar. Bəzi iddialara görə, qayadakı qapı şəkilli yarıq təzyiq nəticəsində kəsik şəklində meydana gələn qırıq ola bilər. Bu sınığa səbəb ola biləcək təzyiq Marsda baş verən zəlzələlərdən biri ilə bağlı ola bilər.

Marsda çəkilən və müzakirələrə səbəb olan görüntüləri təqdim edirik: /AFN.az/
















MANŞET XƏBƏRLƏRİ