SON XƏBƏR: Lavrov Laçın yolunun bağlanmasına MÜNASİBƏT BİLDİRDİ


"Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bugünkü görüşündə Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti müzakirə olunub".

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, bu mövzuya danışıqlarda müəyyən vaxt ayırdıqlarını söyləyib: "Azərbaycanın dövlət strukturları yerdə Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparır. Azərbaycanlı qonşularımızda, həmkarlarımızda üçtərəfli bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçün prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur", Lavrov deyib.

Qeyd edək ki, ermənilərin Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərin talanması və ekoloji problemlər yaratması ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının təmsilçiləri bölgəyə səfər ediblər. Bu zaman, Laçın yolunda nəqliyyatın hərəkəti dayanıb.


MANŞET XƏBƏRLƏRİ