SON DƏQİQƏ: "Azərbaycanla razılaşdıq ki, giriş postunda gömrük quraq" - Sülhməramlılarının komandanı


"Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq".

Turkustan.azxəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirmək barədə razılıq əldə olunub.

"Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər", - Volkov vurğulayıb.

Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.


MANŞET XƏBƏRLƏRİ