Ronaldonun YENİ KLUBU MƏLUM OLDU - FOTO


Portuqaliyalı hücumçu Kriştiano Ronaldo yanvarın 1-də Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək.

Turkustan.az xarici saytlara istinadla xəbər verir ki, daha əvvəl 37 yaşlı futbolçunun "Əl-Nasr"dan 2,5 illik müqavilə təklifi aldığını, ona görə reklam müqavilələri də nəzərə alınmaqla, ildə 200 milyon avrodan çox qazanacağını bildirmişdi.

Noyabrda "Mançester Yunayted" tərəflərin qarşılıqlı razılığı ilə Ronaldo ilə müqaviləyə xitam verdiyini açıqlamışdı. Hücumçu daha əvvəl jurnalist Piers Morqana müsahibə verib və orada "Mançester Yunayted"in ona xəyanət etdiyini bildirib. Portuqaliyalı klubun rəhbərliyini və məşqçilər korpusunu tənqid edərək, komandanın çalışdırıcısı Erik ten Haqa hörmət etmədiyini qeyd edib.

Hazırda Ronaldo Portuqaliya millisinin tərkibində 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının 1/8 finalında İsveçrə ilə oyuna hazırlaşır. Görüş dekabrın 6-da baş tutacaq. 22.00-da (Moskva vaxtı ilə).

Bundan əvvəl Ronaldonun Turin "Yuventus"undan ona 20 milyon avro təzminat ödəməsini tələb etdiyi bildirilirdi. O, 2018-2021-ci illərdə İtaliya klubunda çıxış edib.

Cristiano Ronaldo jugará en el Al-Nassr a partir del 1 de enero


MANŞET XƏBƏRLƏRİ