"Bakı göstərdi ki, Laçın dəhlizini bağlayacağı quru söz deyil" - "Kommersant" qəzeti


Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanmasının mümkünlüyünün quru təhdid deyil, tamamilə həyata keçirilə bilən ssenari olduğunu nümayiş etdirdi.

Turkustan.azxəbər verir ki, bu barədə Rusiyanın "Kommersat" qəzetində dərc olunan məqalədə bildirilir.

Qeyd olunur ki, şənbə günü azərbaycanlılar Qarabağ erməniləri üçün həyati əhəmiyyət kəsb edən magistral yolda hərəkəti de-fakto dayandırdılar: "Rusiya sülhməramlıları kontingentinin komandiri, general-mayor Andrey Volkovun müdaxiləsindən sonra magistralda nəqliyyatın hərəkəti bərpa edilib. Lakin insident göstərdi ki, Bakı ərazi probleminin həllinin yubanmasından narazıdır və birtərəfli hərəkət edərək, onu sürətləndirməyə hazırdır".

Məqalədə bildirilir ki, əvvəllər Azərbaycanın ən radikal siyasətçiləri tərəfindən səsləndirilən Laçın dəhlizinin bağlanması çağırışı dekabrın 3-də, şənbə günü de-fakto həyata keçirilib: "Dəhliz boyu nəqliyyatın hərəkəti cəmi üç saat dayandırıldı. Lakin Qarabağdakı 100 minə yaxın erməninin Ermənistandan lazım olan hər şeyi aldığı yolun bu şəkildə bağlanması Bakıya erməni tərəfinin mövqeyinin nə qədər həssas olduğunu nümayiş etdirməyə imkan verdi.

Hər şey yerli vaxtla saat 11:00 radələrində bir qrup azərbaycanlının Şuşa istiqamətindən İrəvan-Stepanakert (Xankəndi) avtomobil yolunda Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinə yaxınlaşması ilə başlayıb. Onlardan bəziləri xüsusi, bəziləri isə adi mülki geyimdə idi.

Bakının sonradan izah etdiyi kimi, onlar müxtəlif dövlət orqanlarının nümayəndələri idilər və Qarabağda ermənilərin Azərbaycanın sanksiyası olmadan, ətraf mühitin mühafizəsi tədbirlərini pozaraq qızıl hasil etməsindən Azərbaycan tərəfinin narahatlığını bildirməyə gəlmişdilər".

Məqalə müəllifləri qeyd edirlər ki, Azərbaycan telekanallarının kadrlarına baxsaq, sülhməramlıların avtomobilləri magistral yolun kənarında saxladıqları və cərgə ilə onların qarşısına düzüldükləri görünür: "Onların qarşısında isə azərbaycanlılar dayanmışdı. Yuxarı instansiyaların gəlişini gözləyən rus polkovniki onlara barışdırıcı tonda yaxınlaşdı. "İndi sizinlə söhbətimizə davam edəcəyik. Konstruktiv şəkildə", – deyə o, eyni anda bir neçə Azərbaycan telekanalının kameralarına tuş gəldi. "Biz bayaq səsləndirdiyiniz problemdən xəbərdarıq və bu problemin həllinə köməklik göstərməyə hazırıq. Amma bir daha deyirəm: gəlin indi hamının təhlükəsizliyini təmin edək", - deyə rus polkovnik əlavə etdi".

"Kommersat" müəllifləri bildirir ki, hadisədən əvvəl bir neçə jurnalistin nəzarət-buraxılış məntəqəsinə gəlməsi faktının özü də vəziyyətin ictimaiyyətə açıqlanması üçün əvvəlcədən planlaşdırıldığını göstərirdi:

"Bu, kifayət qədər uğurlu oldu - Ermənistan Teleqram kanalları dərhal birmənalı izahatla çox kilometrlik tıxacın foto və videoları ilə dolu idi: Azərbaycan hakimiyyəti yolu bağlayıb.

Bu arada kontingentin komandiri general-mayor Andrey Volkov Azərbaycan tərəfi ilə danışıqlar aparmaq üçün təcili olaraq magistral yola gəldi. Söhbət açıq ərazidə - düz maşınların arasında oldu və azərbaycanlı jurnalistlər onun fraqmentlərini çəkə bilidlər. "Mən bu məsələləri burada deyil, danışıqlar masası arxasında müzakirə etməyə hazıram" deyən rus komandir əlavə etdi ki, "indi sizi öz qərargahıma dəvət edirəm, masada oturub bütün məsələləri müzakirə edərik, şəhərə gedən yolda tıxac var – qoy insanlar keçsinlər". Eyni zamanda magistralda danışıqların formatı, cənab Volkovun fikrincə, nəticəyə "töhfə vermir". "Əsas qərar sizdən asılıdır. Sülhməramlılardan", - deyə Bakı təmsilçisi ona cavab verib".

Daha sonra məqalədə qeyd olunur: "Rəsmi Bakı bildirib ki, sülhməramlı qüvvələrin Xocalı şəhərindəki qərargahında aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə göstərilən fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün yol xəritəsinin hazırlanması və müvafiq strukturların yaradılmasına başlanılıb.

Başqa sözlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qısamüddətli səfərlərlə olsa belə, Bakının nəzarətində olmayan ərazidə işə başlayan Azərbaycanın ilk dövlət qurumu ola bilər. "Kommersant"ın Bakıdakı həmsöhbətləri inkar etmədilər ki, Laçın dəhlizində baş verən insident əsasən, İrəvanı Qarabağı Azərbaycanın nəzarətinə keçirməyə sövq etməkdir. Eyni zamanda Rusiya sülhməramlılarına mesaj verildi ki, buna mane olmamalısız.

Azərbaycanlı politoloq İlqar Vəlizadə "Kommersant"a açıqlamasında deyib: "Bu, yığılıb qalmış problemləri yalnız qeyri-hərbi yolla, yəni sülh yolu ilə və ekoloqların köməyi ilə həll etmək istəyidir. O qeyd edib ki, ötən ili Bakı "vəziyyətin konversasiyası ili" kimi dəyərləndirib. "Bu, qəbuledilməzdir. Bizə konservasiya yox, transformasiya lazımdır", - deyə ekspert bildirib".

Sonda "Kommersant"ın müəllifləri vurğulayırlar ki ki, "ekoloqların aksiyası"nın məqsədlərini Qarabağda da başa düşürlər. Qeyd olunur ki, separatçıların "ombudsmanı" Qeqam Stepanyan belə hadisələrin "insanların Artsaxda qalmaq və yaşamaq istəyi və səylərinə təsir göstərdiyini" deyib: "Azərbaycan məhz buna can atır. Ekologiya məsələsi sadəcə, bəhanədir. Ola bilsin ki, bu, Azərbaycanın Laçın dəhlizinə nəzarətin yaradılması kimi uzunmüddətli hədəfinə çatmaq üçün ilk addımdır". /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ