İngiltərədə Nusr-Etə qarşı etiraz aksiyaları keçirdilər - VİDEO


Heyvan haqları müdafiəçisi Animal Rebellion təşkilatının üzvləri Londonun mərkəzində yerləşən "Nusr-Et" restoranına basqın ediblər.

İngiltərədəki heyvan haqları müdafiəçisi Animal Rebellion qrupu Londonun mərkəzindəki Knightsbridgedə Salt Bae kimi tanınan Nusret Gökçeyə məxsus Nusr-Et ət restoranına basqın edib.

Turkustan.azxəbər verir ki, dünən yerli vaxtla saat 18.00 radələrində restorana basqın edən fəal qrup əvvəlcədən ayrılmış masalara oturaraq restorana etiraz edib. Nusr-Et-i "korrupsioner sistemin simvolu" olduğu üçün hədəf aldıqlarını bildirən etirazçılar təxminən bir saat sonra Nusr-et işçiləri tərəfindən restorandan qovulub.

Fəallar qrupunun bəyanatında "bitki əsaslı qida sisteminə" çağırış ediblər. Animal Rebellion üzvü Ben Tomas Nusr-Et-e basqın zamanı bu sözləri söyləyib: "Bu kimi restoranlar pozulmuş sistemin simvoludur. Hazırda İngiltərədə iki milyon insan yemək banklarına güvənir, təsir edici aşpazlar isə 1000 funt sterlinqdən çox qiymətə qızıl örtüklü biftek satırlar" dedi.

NUSR-ETDƏN SONRA MİŞELİN ULDUZLU RESTORANI HƏDƏF ALDILAR

Animal Rebellion qrupunun üzvləri Nusr-Et-dən sonra eyni gün Mançesterdəki Michelin ulduzlu Mana restoranında oxşar etiraz aksiyası keçiriblər. Mançester polisi bildirib ki, 14 nəfər ağır cinayətdə şübhəli bilinərək saxlanılıb və əlavə istintaqa qədər zaminə buraxılıb. Mana restoranından verilən açıqlamada, etirazçıların "Covid-19 və davam edən enerji böhranından artıq iqtisadi zərər çəkən kiçik bir müəssisənin fəaliyyətini pozduqları" ifadə edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ