Ölkə qarışdı: Xalq dövlət binalarını ələ keçirdi - VİDEO


Suriyanın Suveyda əyalətində yaşayış bahalığına, korrupsiyaya, pis yaşayış və təhlükəsizlik şəraitinə etiraz etmək üçün insanlar küçələrə axışıb. Bəzi nümayişçilər qubernatorluğun ofisinə daxil olaraq rejim lideri Bəşər Əsədin plakatını götürüblər. Etiraz zamanı zirehli avtomobil nümayişçilərin üzərinə sürüldüyü üçün aşaraq yandırılıb. Aksiyaya son qoymaq istəyən təhlükəsizlik qüvvələrinin atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

Turkustan.azxəbər verir ki, Suriyanın cənubunda Əsəd rejiminin nəzarətində olan Suveyda şəhər mərkəzində xalq; yaşayış bahalığına, korrupsiyaya, təhlükəsizlik və yaşayış şəraitinin pisliyinə etiraz edib.

Süveyda 24-ün yerli şəbəkəsi nümayişçilərin "Əsəd rejimi devirsin" şüarları səsləndirərək qubernatorluğa daxil olmağa çalışdığını bildirib. Görüntülərdə təhlükəsizlik qüvvələrinə məxsus zirehli maşının nümayişçilərin üzərinə sürülərkən aşaraq yandırılması da diqqət çəkib.

TƏHLÜKƏSİZLİK QÜVVƏLƏRİ ATƏŞ AÇDI, 1 NƏFƏR ÖLDÜ

Təkər yandıraraq etirazlarını davam etdirən nümayişçilərdən bəziləri qubernatorluğun binasına daxil olaraq rejim lideri Bəşər Əsədin plakatını götürüblər. Yerli mənbələrdən əldə edilən məlumata görə, etirazçıları dağıtmaq istəyən rejim qüvvələrinin açdığı atəş nəticəsində 1 mülki vətəndaş həlak olub, 4 nəfər yaralanıb.

ŞƏHƏRDƏ SU VƏ ƏRZAQ BÖHRANI VAR

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) Suveyda üzvü Hafiz Karkut) verdiyi açıqlamada Əsəd rejiminin şəhərin təhlükəsizliyini təmin etmək və yaşayış üçün vacib ərzaqları təmin etməkdə çətinlik çəkdiyini bildirib.

Şəhərdə insanlar yanacaq, işıq, çörək və su böhranı yaşayırlar". Karkut vurğulayıb ki, təhlükəsizlik şəraitinin pisləşməsi də xalqın etirazının səbəblərindən biridir. Karkut xalqın rejimin qoruduğu polislərin təşkil etdiyi sui-qəsdlər, oğurluq hallarının artması, məktəblərin qarşısında narkotik satışı kimi səbəblərlə etiraz aksiyaları təşkil etdiyini bildirib. Karkut Əsəd rejiminin bu etirazlara güllə ilə cavab verməsinin şəhərdəki gərginliyi daha da artıracağını müdafiə edib.

Əsəd rejiminin nəzarəti altında olan Suveyda vilayətində yaşayan insanlar da fevral və may aylarında həyat səviyyəsinin pisləşməsi, korrupsiya, elektrik enerjisinin olmaması və təhlükəsizlik vəziyyətinə etiraz etmişdilər. Nemrə, Şehba və Məcadil və Kereyya yolları ilə kənd yerlərindəki Hazım kəndi nöqtələrində toplaşan nümayişçilər təkərləri yandıraraq Şam-Suveyda yolunu bağlayıblar.

Esed rejimi güçleri, Suriye'nin güneyinde hayat pahalılığını protesto eden halka ateş açtı

Esed rejimi güçleri, Suriye'nin güneyinde hayat pahalılığını protesto eden halka ateş açtı

Suriye'de hareketli saatler! Halk valilik binasına girdi, güvenlik güçleri ateş açtı - Haberler

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ