DTX-nın həbs etdiyi vəzifəli şəxsdən YENİ XƏBƏR VAR - FOTO


"Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Turkustan.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub.

Qərara əsasən, Əbülfəz Məlikov barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaq davam edir.

Əbülfəz Məlikovun həbs müddəti uzadıldı


MANŞET XƏBƏRLƏRİ