Ermənistan 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verdi

Ermənistan 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verdi

Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşən 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.


MANŞET XƏBƏRLƏRİ