Sərhəddə nə baş verir?


Dekabrın 5- axşam saatlarından bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən sərhəddə atışma baş verdiyi, hətta, şəhidlərin olması haqda paylaşımlar yer alıb.

Onlardan biri - tanınmış vəkil Osman Kazımov "ağır döyüşlərin getdiyini" iddia edib. Jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu isə sosial şəbəkə istifadəçilərinə müraciət edərək onları "rəsmi olmayan xəbərlər yaymamağa" çağırıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu yöndə ən son məlumatı dekabrın 4-də saat 10.05-də yayılıb. Məlumatda deyilir: Dekabrın 4-ü saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".

Turkustan.az


MANŞET XƏBƏRLƏRİ