Tibb dünyası şokda - Huşunu itirən şəxs ayıldıqdan sonra başqa dildə danışmağa başladı


Keçmişdə epilepsiya diaqnozu qoyulan və beyninin bir yerində şiş olduğu aşkarlanan Cons bir müddət əvvəl elm və tibb dünyasını heyrətə salmışdı.

Bu yaxınlarda ata olan Cons bir neçə dəqiqəlik epilepsiya tutması ilə huşunu itirdikdən sonra oyananda fransızca danışmağa başlayıb.

Turkustan.azxarici mediaya istinadən xəbər verir ki, ingilis dilində danışmaq və düşünmək qabiliyyətini itirən Cons başına gələnləri danışıb.

24 yaşlı gənc yaşadıqları haqda bunları deyib: "Oyananda və yoldaşımın da çaşqın olduğunu görəndə dəhşətə gəldim. Ona qıcolma keçirdiyimi söyləməyə çalışdım, amma ağzımdan yalnız fransızca sözlər çıxırdı".

Bu vəziyyətin bir neçə dəqiqə davam etdiyini bildirən Cons vəziyyəti anlayanda bir az sakitləşdiyinj və ingiliscə danışmağa çalışdığını deyib.

Həkimlər bu vəziyyətdən təəccübləndiklərini bildirərək Consun beynindəki şişi çıxarmaq üçün əməliyyat keçirməyə qərar veriblər.


MANŞET XƏBƏRLƏRİ