Rusiyada güclü partlayış: 6 nəfər öldü

Rusiyada güclü partlayış: 6 nəfər öldü

Rusiyanın Nijnevartovsk şəhərinin Sülh küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Son məlumata görə, 5 nəfər həlak olub, 10 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.

Xəstəxanaya 3 yaralı yerləşdirilib ki, onlardan da 2-nin vəziyyəti ağırdır.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Evlərdən 52 nəfər təxliyə edilib.

İlkin ehtimala görə, qaz sızmasından dolayı yaranan partlayış uçquna səbəb olub.

***

Yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 6-ya çatıb.     /axar.az/


MANŞET XƏBƏRLƏRİ