ABŞ yeni gizli bombardmançı təyyarəsini ortaya çıxardı


Dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemləri belə "B-21"i səmada aşkar etməkdə çətinlik çəkəcək

ABŞ uzun müddət gizli şəkildə inkişaf etdirdiyi yeni nəsil döyüş təyyarəsi "B-21 Raider"i təqdim edib. Strateji əhəmiyyətli döyüş təyyarəsi dünyanın ilk 6-cı nəsil bombardmançısı kimi seçilir.

Turkustan.azxarici mediaya istinadən xəbər verir ki, 7 il ərzində hazırlanmış təyyarə həm adi, həm də nüvə bombası əhəmiyyəti daşıyır.

Mərasimdə çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Oustin təyyarənin texnoloji üstünlüyü ilə bağlı bunları deyib:

"Bu təyyarədə 50 illik inkişafla, yüksək texnologiyadan istifadə edilib. Dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemləri belə "B-21"i səmada aşkar etməkdə çətinlik çəkəcək".

"B-21 Raider" ABŞ-ın 30 ildən çox müddətdə hazırladığı ilk yeni bombardmançı təyyarəsidir.

Qırıcı təyyarənin gələcəkdə ABŞ Hərbi Hava Qüvvələrinin onurğa sütununu təşkil edəcəyi gözlənilir.

Hazırda yalnız 6 təyyarənin istehsalda olduğu bildirilir.

Lakin ABŞ Hərbi Hava Qüvvələri ən azı 100 ədəd "B-21 Raider"i hazırlamağı planlaşdırır.

"B-21"lər ABŞ-ın əvvəlki gizli təyyarələri olan "b-1" və "b-2"ləri əvəz edəcək.

Təyyarənin qiyməti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Lakin onlardan 1-nin təxminən 750 milyon dollara başa gələcəyi gözlənilir.

"B-21" ilk uçuşunu gələn il edəcəyi gözlənilir. /Sherg.az/


MANŞET XƏBƏRLƏRİ