Türkiyədə güclü partlayış - Xəsarət alanlar var


Türkiyənin Şanlıurfa şəhərinin Akçakal rayonunda altımərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Turkustan.az"Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.

Partlayış nəticəsində evlərin tavanları qismən uçub, pəncərələr sınıb, binanın qarşısında dayanan avtomobillərə ziyan dəyib.

Hadisə yerinə polis, xilasetmə qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

/modern.az/


MANŞET XƏBƏRLƏRİ