Laçın yolu niyə bağlanmışdı? - Hərbi ekspertdən DETALLI İZAH


"Rusiya sülhməramlı kontingentinin son aylar ərzində birmənalı olaraq erməni silahlılarının maraqlarından çıxış etməsi və nəzarət etdikləri Laçın yolu vaistəsi ilə həm silahlarını, həm texnikanın, həm Ermənistanda istehsal olunmuş minaların, İrandan gələn diversantların Qarabağ ərazisinə buraxılması, Azərbaycanı narahat edən ən böyük problemlərdəndir".

Bu fikirləriTurkustan.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ə.Verdiyev qeyd edib ki, bunlar sadəcə bu proseslərlə məhdudlaşmır, eyni zamanda indiyə qədər də, Azərbaycana məxsus olan yataqlar bir-neçə yerli və gəlmə şirkətlər tərəfindən talanır. Qarabağ ərazisindən Ermənistana və oradan da digər ölkələrə daşınır.

Ekspertin fikirncə, bütün bunlar Azərbaycanı kifayət qədər narahat edən məsələlərdir. Bu barədə biz dəfələrlə sülhməqamlı kontingentə həm rəsmi səviyyədə, həm ictimai səviyyəsində müraciətlər olunsa da, bundan doğru-dürüst bir nəticə çıxarmayıblar. Görünür, artıq bu məsələlər Azərbaycan tərəfinin səbir kasasını daşırmaq üzrədir.

Çünki, artıq ictmaiyyət sülh məramlıların adını eşitdiyi zaman dərhal ya "erməniməramlı", ya "pisməramlı" qurama qoşmağa başlayırlar. Artıq ictimaiyyət Rusiyanın sülhməramlı olduğuna inanmaq istəmir, nə də onları ərazimizdə sülhməramlı kimi görmək istəyirlər.

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

Ekspert bildirib ki, burada bizi ən çox narahat edən məqam atəşkəsin pozulmasında dərhal Azərbaycanın günahlandırılmasıdır. Atəş açıldıqdan beş dəqiqə, on dəqiqə sonra qondarma qurumun ağzından çıxan kəlmələri Rusiya sülhməramlıları olduğu kimi təkrar edirlər.

Sual olunur, iki tərəf üz-üzə dayanır, bunlardan biri atəş açır, bunun hansı tərəfdən açılmasını kamera yoxdursa, vizor görüntü yoxdursa, ballistik ekspertiza olmadan Rusiya sülhməramlısı necə təyin etdi ki, ilk atəş hansı silahdan açılıb və ya hansı tərəfdən açılıb. Birmənalı olaraq Rusiya sülh məramlıları neytrallıq və birtərəflilik prinsipini tamamı ilə yaddan çıxarıblar və onların əsas funksiyası müvəqqəti nəzarət etdikləri Qarabağ ərazisinə atəşkəsin riayət olunmasına və erməni silahlılarının dərhal oradan çıxarılmasından ibarət idi.

Amma onlar nə etdilər?Atəşkəsə riayət olunurmu? Xeyr! Erməni silahlıları çıxarılırmı? Xeyr! Bizə qarşı səngər qazılırmı? Qazılır! Atəş açılırmı? Açılır! Mina daşınırmı? Danışır!

Ərazilərimizin təbii sərvətləri talanır, İrandan diversantlar gəlib bizim ərazilərə keçir, yəni pis hadisələr sadalaya biləriksə hamısı Qarabağda baş verir.

Düşünürəm ki, mülki missiyanın Qarabağa səfəri artıq Azərbaycanın təbii sərvətinin qarşısının alınması üçün atdığımız ilk addımdır. Kiçik bir müddətdə də Xankəndiyə gedən yolu bağlı qalması isə erməni tərəfi üçün bizə qarşı bəyanat səsləndirə bilən, silah qaldıran istənilən şəxsə bir mesajdır.

Hesab edirəm, Laçın dəhlizinin nəzarəti Azərbaycanın əlində olmalıdır, sülh məramlılar daxili proseslərə nəzarət etsinlər. Ondan sonra yalnız biz kimin necə, hansı yolla ərazimizə gəlmək istədiyini girmək istədiyini buraxılıb buraxılmayacağını qərar verə bilərik. Nə qədər ki, ruslar həmin ərazilərdə olacaq biz davamlı olaraq xoşa gəlməz və kənar qüvvələrin regiona daxil olmasını, silah, mina, diversiya kimi hadisələrdən sığortalanmayacağıq".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ