Ərdoğan və İbrahim Tatlısəsdən maraqlı İFA – VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur müğənni İbrahim Tatlısəslə maraqlı görüntüləri yayılıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan Şanlıurfada AK Partiya tərəfindən Haliliyə Bələdiyyəsi İbrahim Tatlısəs Mədəniyyət Mərkəzində təşkil edilən Gənclik tədbirinə qatılıb.

Tədbirin rəsmi hissəsindən sonra prezident Ərdoğan İbrahim Tatlısəslə Şanlıurfa türküsü "Urfalıyam əzəldən" türküsünü ifa ediblər.

AK Partiya Gənclik Qolunun sədri Eyyüp Kadir İnan Ərdoğanın Tatlısəslə olan həmin görüntülərini sosial şəbəkə hesabında paylaşıb.


/Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ