"Paşinyan niyə bu gün baş verənlərə susur?" - Qarabağdakı ermənilərdən İTTİHAM


"Azərbaycanlılar Laçın yolunu bir neçə saat bağlamaqla beynəlxalq ictimaiyyətin reaksiyasını və riskləri sınamaq istəyiblər".

Turkustan.azxəbər verir ki, bu sözləri Xankəndindəki separatçı-terrorçu rejimin təmsilçilərindən olan Metakse Akopyan söyləyib.

"Azərbaycanın son məqsədi göstərməkdir ki, onlar Qarabağın qanuni sahibləridirlər və hər an həyati yolu bağlaya bilərlər. Onlar riskləri ölçüblər və beynəlxalq ictimaiyyətin və Ermənistan hakimiyyətinin reaksiyasını gözləyəcəklər. Onlar yolu bağlamaq üçün çox sadə bir səbəb göstərdilər, lakin eyni zamanda, Qarabağdakı ermənilərə psixoloji təzyiq göstərməklə hədə-qorxu gəlmək məqsədi güdürdülər. Məqsədləri daha dərindir, lakin xarakterik siyasətlə hər şeyi başqa istiqamətə aparmağa çalışırlar", - Akopyan bildirib.

Ermənistan hakimiyyətinin azərbaycanlıların növbəti təxribatına heç bir şəkildə reaksiya verməməsi Akopyanı təəccübləndirməyib: "Reaksiya versələr təəccüblü olardı. Onlar özlərini çoxdandır ki, Qarabağdakı ermənilərlə heç bir əlaqəsi olmayan kimi aparırlar. Deyirlər ki, Azərbaycanla birbaşa danışıqlar aparmalıdır. Bu, Ermənistan hakimiyyətinin siyasətidir. Ən yaxşı halda, bəlkə də, Ararat Mirzoyan bazar ertəsi işə gedəndə qısa şərh verəcək, ya da Nikol Paşinyan öz müsahibələrinin birində bu mövzuya toxunaraq, bir daha hər şeydə bizi günahlandıracaq. Bu orqanlardan artığını gözləməyə ehtiyac yoxdur", - deyə Akopyan yekunlaşdırıb.

Mübariz/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ