“Neftçi”də hesabat: Həbslər olacaq

“Neftçi”də hesabat: Həbslər olacaq

“Neftçi”nin Müşahidə Şurasındakı dəyişikliklər gözlənilən idi.

Turkustan.az xəbər vermişdi ki, hələ bir müddət əvvəl Aut.az məlumat yaymışdı ki, “Neftçi”də ciddi islahatlar başlayacaq

Komandanın büdcəsinin artırılacağı, rəhbər şəxslərin dəyişəcəyi qeyd olunurdu. Həmin ərəfədə bir qrup “Neftçi” azarkeşi də Aut.az vasitəsilə SOCAR prezidenti Rövşən Nəcəfə müraciət etmişdi. Müraciətdə xahiş olunurdu ki, “ağ-qaralar”dakı durum nəzarətə götürülsün.

Artıq “Neftçi”dəki duruma Rövşən Nəcəf şəxsən özü nəzarət edəcək, Müşahidə Şurasının sədri olmaqla. Amma komandadakı dəyişiklik Müşahidə Şurasındakı diletantların uzaqlaşdırılması ilə yekunlaşmayacaq.

Aut.az-ın əldə etdiyi məlumata görə, “Neftçi”də köklü yoxlama olacaq, ondan sonra isə həbslərin olacağı da gözlənilir. Bu illər ərzində komandaya ayrılan vəsaitin hara xərcləndiyinin qəpiyinə qədər hesabatı tələb olunacaq. Hətta Sadıq Sadıqovun prezident olduğu dövr də araşdırılacaq.

İctimaiyyəti isə bir sual düşündürür: “Neftçi”də Kamran Quliyevin əsas himayəçisi olan, komandadakı bütün uğursuzluqların baiskarı kimi qəbul edilən Zaur Qəhrəmanova niyə toxunulmayıb?

Bu məsələ ilə bağlı əldə etdiyimiz məlumatda bildirilir ki, Zaur Qəhrəmanov məhz yoxlama dövrü üçün postunda saxlanılıb. O, və Kamran Quliyev vəsaitin xərclənməsinə əsas cavabdeh şəxslər olduğu üçün hesabat verməlidirlər. Hesabatdan sonra isə qəti addımlar atılacaq. Hətta həbslərin də olacağı güman edilir. Konkret olaraq Zaur Qəhrəmanovla Kamran Quliyevin həbs olunma ehtimalının çox olduğu vurğulanır.

“Neftçi”də başlayan prosesin sonradan bütün futbol təsərrüfatını əhatə edəcəyi də bildirilir. Hadisələr sürətlə cərəyan edəcək. Yaxın vaxtlarda futbol təsərrüfatında müsbətə doğru dəyişikliklər gözlənilir.


MANŞET XƏBƏRLƏRİ