Vilayət Eyvazovdan YENİ TƏYİNAT


Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) rəis təyinatı olub.

Turkustan.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, C.Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini və Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalşıb.


MANŞET XƏBƏRLƏRİ