MEDİA jurnalist Səbuhi Məmmədliyə baş çəkib - FOTO

MEDİA jurnalist Səbuhi Məmmədliyə baş çəkib - FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi hazırda M. Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan Lent.az-ın əməkdaşı Səbuhi Məmmədliyə baş çəkib.

Məlumata görə, agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli və agentliyin nümayəndəsi Elşən Ağayev əməkdaşımızın səhhəti və sağlıq vəziyyəti ilə maraqlanıb. 

Bildirilib ki, Səbuhi Məmmədli xəstəxanaya yerləşdiriləndən bəri onun səhhəti və müalicəsi daima Medianın İnkişafı Agentliyinin diqqətindədir. Jurnalist müalicəsinin uğurla davam etdiyini və buna görə xəstəxana rəhbərliyinə, onu diqqətdə saxlayan MEDİA-ya, TƏBİB-ə öz dərin minnətdarlığını bildirib.


MANŞET XƏBƏRLƏRİ