Qulağı qaşınan qadın həkimə getdiyi zaman həqiqəti öyrəndi: Dünyanın ən zəhərli...


ABŞ-ın Missuri ştatında yaşayan Susie Torres adlı qadın gecə saatlarında qulağında qaşınma hiss etdikdən sonra həkimə müraciət edərkən dəhşətli həqiqəti öyrənib. Həkim Torresin qulağında hörümçək olduğunu müəyyən edib. Qulaqdan çıxarılan hörümçəyin dünyanın ən zəhərli hörümçəyi olması təsbiti daha böyük çaxnaşma yaradıb.

ABŞ-ın Kanzas ştatında yaşayan Susie Torres adlı qadın gecə yatarkən qulağında karıncalanma hiss edib, lakin yerindən tərpənmədən yatmağa davam edib. Səhər yuxudan duranda qulağında şiddətli qaşınma ilə oyanıb.

Qulağındakı qaşınma dözülməz hala gələndən sonra həkimə müraciət edən qadın dəhşətli həqiqəti öyrənib. Nəzarətlər zamanı qadının qulağında hörümçək olduğu müəyyən edilib. Həkim bildirdi ki, əməliyyat qısa müddətdə aparılmalıdır.

Həkimin uğurlu əməliyyatından sonra hörümçək qulağından çıxarılıb. Amma hörümçək növü hər kəsi dəhşətə gətirirdi. Çünki qulaqdan çıxarılan hörümçək dünyanın ən zəhərli hörümçəklərindən biri idi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ