10 yaşlı uşaq istədiyini almadığı üçün anasını öldürdü: İNANILMAZ OLAY


ABŞ-da yaşayan 10 yaşlı uşaq ona virtual reallıq qulaqlığı almaqdan imtina edən anasını öldürməkdə ittiham olunur.

ABŞ-ın Viskonsin ştatında yaşayan oğlan ona VR dəsti almaq istəməyən anasını tapança ilə öldürməkdə ittiham edilərək saxlanılıb.

Turkustan.azxəbər verir ki, prokurorlar uşağın 44 yaşlı anası Quiana Mannın Amazon hesabına daxil olduğunu və onu öldürdükdən bir gün sonra qulaqcıq sifariş etdiyini bildirib.

Əvvəlcə polisə bunun qəza olduğunu deyərək müxtəlif ifadələr verən oğlan sonradan silahı məqsədli şəkildə anasına tuşladığını etiraf edib. Oğlan anasını qorxutmaq üçün divara atəş açmağa çalışdığını, ancaq anasının yanından keçəndən sonra onu vurduğunu deyib.

Anasının bunu virtual eynək almaqdan imtina etdiyi üçün etdiyini deyən oğlan silahı evdə kilidli qutudan aldığını bildirib.

Xalası dedi ki, oğlan üzr istəsə də, empatiya və mərhəmət göstərmədən dedi: "Baş verənlərə görə çox təəssüf edirəm. Anamı öldürdüyümə görə peşmanam".

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ