DİN-dən şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı AÇIQLAMA+FOTO


Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı araşdırma başladılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

O bildirib ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, ötən gün Şamaxı şəhəri 3 saylı tam orta məktəbin 7-ci sinif şagirdi R.İ.-nin həmin məktəbin tarix müəllimi Təranə Əsgərova tərəfindən döyüldüyü iddia edilib.

DİN-dən şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı AÇIQLAMA


MANŞET XƏBƏRLƏRİ