Siyavuş Novruzov Naxçıvandakı həbslərdən DANIŞDI: Yuyulmamış çömçə kimi... VIDEO


"Bir çox adamlar özünü yuyulmamış çömçə kimi ortalığa atmağa çalışırlar. Naxçıvan həssas bölgədir. Erməninin və digərlərinin öyrətdiyi adamlar Naxçıvan haqqında fikir söyləyir. Unutmayaq ki, Naxçıvan daim dövlətin, prezidentin arxasındadır. Orada yaşayan insanlar da sədaqətlidirlər".

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, burada siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur:

"Hüquq-mühafizə orqanları Azərbaycanın bütün regionlarında yoxlama aparır. Harada korrupsiya faktları varsa, qətiyyətlə qarşısı alınır. Yəni yoxlama aparılmasının sırf Naxçıvana şamil edilməsi məsələsi yoxdur. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır".

Turkustan.az


MANŞET XƏBƏRLƏRİ